Business Breakfast “DineHall” – 27.10.2022

Bu gün “DineHall” restoranında Marsol partnyorlarının iştirakı ilə növbəti “Business Breakfast” görüşü keçirildi. Partnyorlarımız və qonaqlarımız arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz fəaliyyət istiqamətləri haqqında məlumat verdi.

Görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin baş mütəxəssisi Aqşin Babayev iştirak etdi və sahibkarları maraqlandıran sualları cavablandırdı. Bununla yanaşı partnyorumuz “Allplast” şirkətinin təqdimatı baş tutdu. Şirkətin rəhbəri Kamil bəy fəaliyyətləri və istehsal etdikləri su çənləri haqqında ətraflı məlumat verdi. Ən sonda isə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının PR Meneceri Fəridə Abbasova çıxış etdi. 23 noyabr Bakı Konqress Mərkəzində keçiriləcək, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil edilən “Üfüqdə Yeni Fürsətlər- Qadın Sahibkarlığa Yaşıl İşıq” adlı V forum haqqında məlumat verdi.

Görüşümüz yeni biznes əlaqələrin qurulması və tanışlıqlarla yekunlaşdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Revisa
Allplast
Unilegal
AzDizayn
Avtotəmir.az
Consept Home
Dövlət Məşğulluq Agentiliyi
Logitrans
Office Pro
Adelina Beauty
FFF+N
Elar Park
Catering Baku
HR Cell
One Smart Star
İB group
Norma Hüquq
Zamex
Delta Tech
Qaranti Group
Peşəkar Psixologiya Mərkəzi
RM Medicare Klinika
AQSİA
My Kart
Anadolu Events