Business Breakfast “Dinçer və Carçıoğlu” –01.12.2021

Bu gün partnyorumuz “Dinçer və Carçıoğlu” BM şirkətində “Business Breakfast” görüşümüz baş tutdu. Görüşdə ənənəvi qaydada tanışlıqlar olub, şirkət rəhbərləri şirkətləri və fəaliyyətləri haqqında məlumat verib. Daha sonra “Dinçer və Carçıoğlu” BM şirkətinin biznes inkişaf direktoru Rövşən bəy fəaliyyətləri haqqında bizlərə ətraflı məlumat verdi. Səhər yeməyi süfrəsindəki təamların öz idxal etdikləri məhsullar oldğunu da vurğuladı. Rövşən bəy daha sonra bizi şourumda gəzdirərək idxal etdikləri digər təmir-tikinti məhsullarını da nümayiş etdi.
“Dinçer və Carçıoğlu” BM 1997-ci ildə təsis edilmiş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətinin əsas sahəsini qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı əhatə edir. Bu istiqamət üzrə başlayaraq şirkət qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir.

Marsol
Dinçər Çarçıoğlu
Zarif Emin İnteriors
Avrasya Baku
İcon Pərdə
Uni Lift
Ağ Saray MTK
Lassa
Katsan Group
Texno Gallery
Profsolutions