Business Breakfast – Atmosphere Lounge 18.06.2021

Bugün “Atmosphere Lounge”da qonağımız olan xanım şirkət rəhbərləri və partnyorlarımızın da iştirakı ilə “Business Breakfast” görüşümüz baş tutdu. İlk olaraq iştirak edən sahibkarlar bir-birlərilə tanış olaraq, şirkətləri haqqında məlumat verdilər. Daha sonra partnyorumuz “Caspian Audit” şirkətinin rəhbəri Lamiyə xanım Vergi Məcəlləsində mövcud olan 129 güzəşt və azadolma mövzusunda iştirakçıları maarifləndirdi. Sonda isə, “Qolat Sport Service” şirkətinin rəhbəri Səid bəy, birlikdə təşkil edəcəyimiz “MARSOL Mini Futbol Turniri 2021” haqqında partnyorlarımızı məlumatlandırdı. Turnirin baş tutacağı tarix və şərtləri sahibkarların diqqətinə çatdırdı. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!  

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

Qeyd: Turnirlə bağlı partnyorlarımıza ətraflı məlumat veriləcəkdir.

İştirak edən şirkətlər:

Modern Hospital
BMY Caspian
Kovrolin az
Gülnarə xanım ( qonaq )
Aynur xanım ( qonaq )
Mood Consept
ABV
Caspian Audit
Caspian Audit ( qonaq )
Caspian Audit ( qonaq )
Azprint
Qayo
FFF+N
Vision Academy