Business Breakfast – 28.01.2023

Bu səhər partnyorlarımızın iştirakı ilə “Kitchen Plus” restoranında növbəti  “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə partnyorlarımız arasında tanışlıqlar oldu.

Həmçinin görüşdə “Yerli şirkətlərin tanıtım sərgisi 2023”, “Regional Tərəfdaşların İnkişafı” və “Gələcəyin Sahibkarları” layihəsi başda olmaqla bu gün davam edən və gələcək üçün nəzərdə tutulan fəaliyyətlər haqqında məlumat verildi, videoçarx izlənildi, müzakirələr aparıldı.

Görüşün davamında “BakuPack” şirkətinin təsisçisi Ramil Bayramov təqdimat edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

“BakuPack” son texnoloji avadalıqlarla təmin olunmuş bir şirkətdir. Bütün növ karton qutu və qablaşdırma məhsullarının istehsalını həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Finivo Project

Can.az Group

BF Group

N- Advert

Nativis ( Q-Lune )

BakuPack 

Lunchef Catering

ABV ( Araznet )

Klimatex

VM Dent

Fleetstock

BestTech

Rövşənoğlu Holding

Socar Petrolium

İlğım ( Eminler )

Max Transport

Documood

Global Logistika

Kitchen Plus

Modern Hospital

Bakcell

SCZ

Göktaş

Lassa

Sarvagelli

La Liga

Peşəkar Psixologiya Mərkəzi