Business Breakfast – 19.01.2023

Bu səhər yeni partnyorlarımızın da iştirakı ilə “Dine Hall” restoranında “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə əvvəlcə partnyorlarımız arasında tanışlıqlar oldu. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Anar Babayev də görüşdə iştirak edərək müəyyən mövzularda həmsöhbət oldu.

Həmçinin görüşdə “Yerli şirkətlərin tanıtım sərgisi 2023”, “Regional Tərəfdaşların İnkişafı” və “Gələcəyin Sahibkarları” layihəsi başda olmaqla bu gün davam edən və gələcək üçün nəzərdə tutulan fəaliyyətlər haqqında məlumat verildi, müzakirələr aparıldı.

Görüşün son hissəsində isə “Unilegal Consulting” şirkətinin direktoru Süheyla Yusiflinin öz şirkətləri haqqında təqdimatı baş tutdu. Süheyla xanım təqdimatdan sonra sahibkarlar üçün maraqlı sualları cavablandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
İştirak edən şirkətlər:

Fudge Group
Silo Construction
Unilegal
ERZ Mebel
İndigo
İdea Consulting
Ecomedi
Socar
KOBİA
Fire Universal Group
Halal – P
Homeguide
Lunchef
SR Broker
Şahmat ( Qonaq )
Ailas Group
İcon Pərdə
İB Group
Sis Collection
Storm Engineering
Onur Plast
Vien Group
One Smart Star
Rəmzioğlu
Lucky Office Support
Foto Xalça
As Avtomatika