Bugün partnyorumuz olan “Encir Lounge”da növbəti “Business Breakfast” görüşümüz baş tutdu. Restoranın rəhbəri Zaur bəy bizə “Encir Lounge” və digər restoran şəbəkələri haqqında məlumat verdi. Öz növbəsində görüşdə iştirak edən sahibkarlar da biznesləri və fəaliyyətləri haqqında ətraflı məlumat verərək bir-birləri ilə yaxından tanış oldular. Sonda isə, partnyorlarımıza “Business Catalogue” 2021-ci il nəşri təqdim edildi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.