“Business Breakfast” – 17.01.2023

“Business Breakfast”lə başlayan enerjili və produktiv bir səhər!

Bu səhər partnyorlarımızın iştirakı ilə baş tutan “Business Breakfast” görüşümüzdə yeni tanışlıqlar oldu, mövcud əlaqələr daha da möhkəmləndi. Dövlət qurumlarından “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan Sərdarlı iştirak edərək sahibkarlarla birlikdə müəyyən mövzularda müzakirələr apardı.

Daha sonra “Yerli şirkətlərin tanıtım sərgisi 2023” barədə ətraflı məlumat verildi və suallar cavablandırıldı.

Görüşün son hissəsində isə Partnyorumuz “Jet Cinema”nın təsisçi-direktoru Vasif Muradbəylinin təqdimatı baş tutdu. Vasif bəy şirkəti haqqında ətraflı məlumat verdi və iştirakçılar üçün maraqlı olan sualları cavabladı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər –
Məsləhətçi.az
Komiforest (qonaq)
Brend Agro
Aila’s Group
Rövşənoğlu Holding
Logitrans
Zetaş Yapı
Humel
Jet Cinema
Acıbadəm
Facet
İST Service
BMY Caspian
Caspos Holding
Hanoğlu
Muxtaroğlu VM
İnkdustry
Birgə və Sağlam
Texno Gallery
Sahibkarlığın İnkişafı Fondu
Asstrech
Karyera və İşə Hazırlıq Mərkəzi
Kavrolin.az
189 Kuryer
Qinyətoğulları Bal (qonaq)
Travel ( Qonaq )