Biznes Tur “Şəki” – 17.05.2024

Partnyorlarımızın iştirakı ilə növbəti “Biznes Tur” üçün bu dəfə Şəki rayonuna yola düşdük.

17-19 may tarixlərində region sahibkarları ilə görüşlər və müxtəlif sosial fəaliyyətləri nəzərdə tutduğumuz “Biznes Tur”un ilk günü partnyorlarımız arasında tanışlıq oldu.

Nəhayət, Şəki rayonuna çatdıqda Marsol Region partnyoru “Şəki Park”da nahar yeməyimiz baş tutdu.

Müxtəlif sosial fəaliyyətlərlə asudə vaxtlarını dəyərləndirən sahibkarlar daha sonra Marsol Region partnyorları ilə “Axşam Ziyafəti və B2B” görüş çərçivəsində bir araya gəldi. İştirakçılar fəaliyyətləri ilə bağlı məlumat verərək, əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Sonda asudə vaxtı səmərəli şəkildə keçirmək üçün “Mafia” oyunu təşkil olundu.

Şəki turundan maraqlı anları sizlərlə bölüşməyə davam edəcəyik…