“Biznes Tur”umuzun 2-ci günü Qax Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevlə görüşümüzdən sonra Qaxda bir sıra yerləri ziyarət etdik. Partnyorlarımızla Qax rayon Heydər Əliyev Mərkəzini, rayonun mərkəzində yerləşən İçəri bazarını gəzdik.
Şəkiyə qayıdışımızda partnyorlarımızla asudə vaxt zamanı Boulinq oyunu baş tutdu. Həmçinin, Marsol Region partnyoru “Şəki Park” oteldə axşam yeməyi çərçivəsində “N-Advert” şirkətinin təsisçisi Namiq Nəbiyevin doğum gününü qeyd etdik.
Namiq bəyi ad günü münasibətilə təbrik edir, ömür boyu xoşbəxtlik və uğurlar arzu edirik!
