“Time Management və Şəxsi Effektivlik” mövzusunda təlim 13.01.2023

13 yanvar tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “SAT Group”un həmtəsisçisi Azad Qəhrəmanovun “B2B satış alətləri” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “Yerli şirkətlərin tanıtım sərgisi 2023”-ün təqdimatı edildi. Təlim müddətində isə Azad bəy B2B satış alətləri haqqında partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi. Daha sonra partnyorumuz “Newcond” şirkətinin əməkdaşının təqdimatı baş tutdu.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər –

Profdez
RİF Ofis Mebeli
Newcond
Maurrra Group
Winsol
Hood Academy
Piramida Group
SAT Group