“AzFiberNet” MMC fəaliyyətini əsasən korporativ müştərilərə, dövlət idarə və strukturlarına, banklar və özəl müəssisələrə ənənəvi və yeni nəsil İKT xidmətlərinin göstərilməsi üzərində qurmuşdur. Şirkətimiz bu prosesdə öz işlərinin peşəkarı olan təcrübəli texniki heyət, dayanıqlı şəbəkəsi və maddi-texniki bazası sayəsində müştərilərə 7/24 rejimində operativ xidmət göstərməkdədir. Müxtəlif sferalarda təmsil olunan müəssisə və təşkilatlara uyğun və optimal telekommunikasiya həllərinin verilməsi, layihələrin hazırlanması və tətbiqi əsas fəaliyyət sahələrimizdəndir. Ölkə ərazisində bu kimi layihələrin həyata keçirilməsi üçün şirkətimiz zəruri olan dövlət lisenziyaları və sertifikatlarına sahibdir.
Şirkətin xidmətlər kompleksi
• İnternetə qoşulmanın təmin edilməsi üçün rabitə kanallarının təşkili;
• Virtual şəbəkələrin təşkili və uzaq ofislərdəki kompüter şəbəkələrinin bir-birinə inteqrasiyası;
• Aparıcı istehsalçıların avadalıqları bazasında Müştərilərin Şəbəkə İnfrastrukturunun yaradılması;
Ünvan: Bakı ş, H.Cavid pr. 75
Telefon: 0125654444
Mobil: 0705654444, 0552225982
Web: www.azfiber.net
E-mail: [email protected]
Facebook: https://www.facebook.com/azfiber/