Azərbaycanın İsveçrədəki Səfiri ilə işgüzar görüş- 20.10.2025

20 oktyabr tarixində Avropa səfəri çərçivəsində İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Fuad İsgəndərov ilə işgüzar görüş baş tutdu.

Görüş zamanı İsveçrədə fəaliyyət göstərən işgüzar dairələrlə əlaqələrin inkişafı, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Marsol Group-un beynəlxalq tərəfdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparıldı.

Cənab səfir Fuad İsgəndərov Azərbaycan şirkətlərinin Avropa bazarlarında fəaliyyət imkanları, eləcə də İsveçrə və Lixtenşteyn ilə biznes əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində öz dəyərli tövsiyələrini təqdim etdi.

Həmçinin İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası – (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev görüşdə çıxış edərək İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, eləcə də Azərbaycan və İsveçrə arasında qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi potensialı barədə fikirlərini bölüşdü.

Daha sonra görüşdə iştirak edən sahibkarlar da öz fəaliyyət istiqamətləri barədə məlumat verərək, İsveçrədə biznes imkanları və birgə layihələr mövzusunda müzakirələr aparıblar.

Görüş səmərəli müzakirələrlə yadda qaldı və qarşılıqlı əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdi. Görüşün sonunda Marsol Group adından cənab Fuad İsgəndərova xatirə hədiyyəsi təqdim olundu.

This will close in 0 seconds