Avropa turu (Lyon) – 18.10.2025

17–18 oktyabr tarixlərində Marsol Group partnyorları ilə Avropa səfərimizin ilk ünvanı Fransanın üçüncü ən böyük şəhəri olan Lyon oldu. Səfər çərçivəsində şəhərin tarixi və mədəni irsini yaxından tanımaq məqsədilə bir sıra mühüm məkanlara ekskursiya təşkil olundu.

Əvvəlcə Lyonun ən qədim və rəngarəng məhəllələrindən biri olan “Vieux Lyonu” gəzərək şəhərin tarixi atmosferi ilə tanış olduq. Daha sonra Lyonun simvolu sayılan, şəhərə panoramik mənzərə təqdim edən “Notre-Dame de Fourvière” bazilikasını ziyarət etdik. Səfər proqramı çərçivəsində həmçinin şəhərin mərkəzində yerləşən və Avropanın ən böyük meydanlarından biri kimi tanınan “Place de Bellecour”da olduq. Ən sonda isə istirahət məqsədilə Lyonun ən gözəl təbii guşələrindən biri – “Le Parc de la Tête d’Or” parkını ziyarət etdik.

Gün sonu isə turun təşkilində dəstək göstərən, partnyorumuz Amazon Travel şirkətinin rəhbəri Seymur Allahverdiyevin doğum günü münasibətilə onunla birgə bu xoş günü qeyd etdik.

Səfərimizin növbəti ünvanı isə İsveçrənin Cenevrə və Sürix şəhərləri olacaq. ????????

This will close in 0 seconds