Avropa səfərimiz davam edir.Oktyabrın 19-da Avropa səfərimizin növbəti dayanacağı, zəngin təbiəti, beynəlxalq diplomatik rolu və yüksək həyat keyfiyyəti ilə tanınan İsveçrənin ikinci ən böyük şəhəri – Cenevrə oldu.
Səfər çərçivəsində Marsol Group partnyorları ilə birgə şəhərin beynəlxalq əhəmiyyət daşıyan məkanlarını ziyarət etdik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisi və sülhün simvolu sayılan “Broken Chair” abidəsi önündə xatirə fotosu çəkdirdik.
Daha sonra Cenevrə gölü sahilində ekskursiya təşkil olundu və göldə keçirilən gəmi gəzintisi zamanı şəhərin füsunkar təbiətini və mənzərələrini yaxından seyr etdik.
Cenevrə mərhələsi Marsol Group üçün həm sahibkarlarla birgə səmərəli zaman keçirmək, həm də Avropanın diplomatik və mədəni mərkəzlərindən birini yaxından tanımaq baxımından dəyərli təcrübə oldu.