Avropa səfərimizin növbəti ünvanı İsveçrənin paytaxtı Bern şəhəri oldu. Səfər çərçivəsində şəhərin tarixi və mədəni ab-havası ilə tanış olmaq məqsədilə ekskursiya təşkil olundu.
Ekskursiya zamanı Bernin qədim memarlığı, dar küçələri, saat qülləsi və şəhərin tarixi mərkəzi iştirakçılarda dərin təəssürat yaratdı. Qədim və müasirliyin harmoniyasını özündə birləşdirən Bern, Avropanın ən səliqəli və yaşamaq üçün ən rahat şəhərlərindən biri kimi səfər iştirakçılarına unudulmaz təcrübə bəxş etdi.
Bu mərhələ həm İsveçrənin tarixi irsini yaxından tanımaq, həm də Marsol Group partnyorları ilə birgə faydalı zaman keçirmək baxımından səfərin əhəmiyyətli hissələrindən biri oldu. #avropa#marsol#bern