Avropa turu- Almaniya (Berlin)- 26.10.2025

Avropa səfərimiz yekunlaşdı. ????????

10 günlük Avropa səfərimizin son dayanacağı Almaniyanın paytaxtı Berlin şəhəri oldu. 25–26 oktyabr tarixlərində baş tutan səfər çərçivəsində şəhərin tarixi və mədəni irsi ilə yaxından tanış olduq.

Ekskursiya proqramı Berlinin simvollarından biri olan Brandenburg Gate (Brandenburq qapısı) ilə başladı. Daha sonra Almaniya parlament binası – Reichstag ziyarət edildi.

Səfər iştirakçıları həmçinin Berlin Wall Memorial – Berlin Divarı abidəsini ziyarət edərək şəhərin bölünmə tarixi və birləşmə prosesinə dair maraqlı məlumatlar əldə etdilər. Gəzintinin son dayanacağı isə memarlıq baxımından şəhərin ən təsirli tarixi abidələrindən biri olan Berliner Dom kilsəsi oldu.

Həmçinin, Marsol Group partnyorları ilə birgə Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən MAMA – “Ana Təbiət” beynəlxalq incəsənət sərgisini də ziyarət etdik.

Bu səfər yalnız işgüzar görüşlər, yeni təcrübələr və əməkdaşlıq imkanları üçün deyil, həm də Avropanın mədəniyyəti, tarixi və düşüncə tərzi ilə birbaşa təmas üçün də dəyərli oldu.

This will close in 0 seconds