AR Prezidentinin NMR-dəki səlahiyyətli nümayəndəsi ilə görüş- 03.12.2025

Naxçıvan səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun Azərbaycan və Türkiyə nümayəndə heyətləri ilə keçirilən görüşündə Marsol Group-un təsisçisi Tural Mustafayev də iştirak edib.

Görüşdə Qars, İğdır, Ardahan və Ərzurum bölgələrinin valiləri, bələdiyyə və ticarət palatalarının rəhbərləri ilə regionlararası əməkdaşlıq, sərhədyanı ticarətin inkişafı və yeni biznes imkanları mövzusunda müzakirələr aparılıb.

Marsol Group olaraq hesab edirik ki, bu cür görüşlər Azərbaycan və Türkiyə iş dünyası üçün regional əməkdaşlıq perspektivlərini genişləndirir və yeni tərəfdaşlıqların formalaşmasına töhfə verir.

This will close in 0 seconds