Amerika səfərimizin növbəti ünvanı paytaxt Vaşinqton şəhəri oldu.

İlk gün “Pentagon”, “Capitol”, “National Mall”, “Jefferson Memorial”, “Arlington National Cemetery”, “Potomac River”, “Lincoln Memorial”, “Korean War Veterans Memorial”, “Vietnam Veterans Memorial”, “Washington Monument”, “White House” kimi tarixi və məşhur məkanlar ziyarət olundu.

Növbəti gün isə, Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında işgüzar görüş çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının əməliyyatlar üzrə direktoru Patrick Starr və ABŞ Ticarət Nazirliyinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə əməkdaşı Garret Mitchelllə onlayn görüşümüz baş tutdu.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla birgə adıçəkilən qurumlarla görüşümüz zamanı biznes əməkdaşlığına dair bir sıra müzakirələrimiz oldu.

Görüşdə investisiya, maliyyələşmə, biznes tərəfdaşlıq imkanları və kommersiya əlaqələrinin inkişafı ətrafında müzakirələr aparıldı, partnyorlarımız Natiq Baxışova mövzuyla bağlı öz suallarını ünvanladılar.

This will close in 0 seconds