Marsol Group və Globus Travel-ın birgə təşkilatçılığı ilə baş tutan Amerika səfərimizin növbəti ünvanı Florida ştatının Mayami və Orlando şəhərləri oldu.
Partnyorlarımızla birgə “Coral Gables”, “Biltmore Hotel”, “Miami City Hall”, “Wynwood”, “Little Havana”, “Miami Beach”, “Star Island” kimi məşhur məkanları ziyarət etdik.
Həmçinin, ABŞ-ın ən böyük subtropik iqlimli “Everglades” parkını və “Miami Beach”i ziyarət etdik, “Kaseya Center”də Amerika Milli Basketbol Liqasının “Mayami Hit” və “Filadelfiya 76ers” komandalarının möhtəşəm oyununu izlədik.
Bununla yanaşı, Orlando şəhərini ziyarətimiz zamanı həm təbiəti sevənlər, həm də sənət pərəstişkarları üçün mükəmməl bir məkana, “Winter Park”a baş çəkdik. Buena Vista gölündəki Volt Disney dünyasında açıq havada alış-veriş, yemək və əyləncə kompleksi olan, “Disney Springs” də “Disney” klassiklərini əks etdirən vizualı ilə bizlərə xoş təəssürat bağışladı.