“Ağ Kənd TT” MMC

“AĞ KƏND TT” Məhdud Məsuliyyətli Cəmiyyəti 28 iyun 2016-cı il tarixindən daşınmaz əmlakın təmir və tikinti sektorunda uğurla fəaliyyət göstərir.

Şirkətimiz, tikinti və təmir sahəsində geniş təcrübəyə malik olub, səmərəli əməkdaşlıq prinsipləri əsasında işləyir. Bizim kollektivimiz, peşəkar mütəxəssislərdən ibarətdir və diqqət etdiyimiz məqamlar yüksək keyfiyyət və təhlükəsizlik məsələləri, eyni zamanda müştərilərin istək və tələblərinin qarşılanmasıdır.

“AĞ KƏND TT” MMC Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının(ATİA) və Kiçik və Orta Biznes İnkişaf Agentliyinin(KOBİA) üzvüdür.

Şirkətimiz, Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə Horadiz-Ağbənd dəmiryolu xətti tikintisi, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd Avtoyol Layihəsi, bir neçə hündürmərtəbəli yaşayış binalarının və fərdi yaşayış evlərinin tikintisi, “Facılıty Management Group” LLC-ilə bir sıra layihələr üzrə söküntü və izolyasiya işləri , Araz Market İnci Layihəsi, AccessBank və s. kimi qeyri yaşayış obyektərinin təmiri, Triumf Palace, Gold Residence, Məqam MTK, Komfort Yaşayış Kompleksi də daxil olmaqla 700-dən çox mənzilin təmiri kimi bir sıra önəmli layihələri həyata keçirmişdir.

Ünvan: Ziya Bünyadov pr 1965-ci məhəllə , Çinar Park BM, 2ci bina

Mobil: 055 205 25 35, 051 591 27 35

web: https://agkendtt.az/

e-mail: [email protected]

Facebook: https://www.facebook.com/profile.php?id=61552018943846

İnstagram: https://www.instagram.com/agkendtt?igsh=MmFnanlsZ2R5M2c1&utm_source=qr