Açılış Mərasimi “Occhi Optic” – 22.07.2025

İyulun 22-si Marsol Group və partnyorları “Occhi Optic”in Ağ Şəhər filialının açılışında iştirak ediblər.

Mağaza müasir interyeri, geniş məhsul çeşidi və peşəkar xidmətləri ilə diqqət çəkib. Açılış zamanı xüsusi olaraq dünyaca məşhur “Tom Ford” brendi də təqdim olunub. Dünyanın aparıcı eynək istehsalçılarının optik və gün eynəklərini təqdim edən Occhi Optic, 2019-cu ilin iyul ayında fəaliyyətə başlayıb. Fəaliyyət dövründə dünya miqyaslı brendlərlə – SEIKO Optical Europe GmbH, Luxottica Group S.p.A, Newline Group və digər istehsalçı şirkətlərlə birbaşa əməkdaşlığa başlamışdır və digər tanınmış dünya brendləri ilə də əməkdaşlıq qurmaq istiqamətində fəaliyyətini davam etdirir. Occhi Optic eynək ehtiyacı olan hər kəs üçün dəbli, innovativ və yüksək keyfiyyətli məhsullar təqdim edir.

Tədbirin sonunda Focus Optika və “Occhi Optic”in təsisçisi Məmmədemin İslamova Marsol Group tərəfindən xatirə hədiyyəsi təqdim olunub.