Biz kimik?

MARSOL GROUP

Marsol Group 2017-ci ildən etibarən Azərbaycanda sahibkarlığın inkişafına töhfə vermək məqsədilə fəaliyyət göstərir. Şirkətimizin əsas missiyası, ölkədəki iş mühitini gücləndirmək və sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasını asanlaşdırmaqdır. Bu məqsədlə genişmiqyaslı tədbirlər və layihələr həyata keçiririk.

Marsol Group, müxtəlif sektorları təmsil edən sahibkarları bir araya gətirərək B2B görüşlər, “İşgüzar Səhər Yeməkləri” və “Ofis və istehsalat ziyarətləri” vasitəsilə işgüzar əlaqələrin qurulmasını və uğurlu təcrübələrin paylaşılmasını təmin edir. Sosial layihələrdə iştirak edərək sosial məsuliyyətimizi yerinə yetirir, dövlət qurumları ilə əməkdaşlıq görüşləri təşkil edərək dövlət və özəl sektor arasında əlaqələrin gücləndirilməsinə töhfə veririk.

Bundan əlavə, sahibkarların bilik və bacarıqlarını artırmaq üçün müxtəlif mövzularda peşəkar təlimlər və seminarlar keçirir, regional və xarici turlar vasitəsilə yeni bazarlarla tanışlıq və təcrübə mübadiləsinə şərait yaradırıq. Hər il təşkil etdiyimiz konfranslar və sərgilər isə sahibkarların öz məhsul və xidmətlərini tanıtmalarına, yeni işgüzar tərəfdaşlıqlar qurmasına imkan yaradır.

Marsol Group olaraq, Azərbaycanın iş mühitində daha geniş təsir yaratmaq üçün ölkənin aparıcı qurumları və təşkilatları ilə yaxından əməkdaşlıq edirik. KOBİA, ASK, DMA, ADRA, SİF və İCMA ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçiririk. Bundan əlavə, Birgə və Sağlam İctimai Birliyi sosial tərəfdaşımızdır.

Şirkətimiz tərəfindən hər il sahibkarların iştirakı ilə konfranslar və sərgilər təşkil edilir. Bu tədbirlərin əsas məqsədi, Azərbaycandakı sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi və iqtisadi inkişafın sürətləndirilməsidir.

İnanırıq ki, ölkəmizin müxtəlif istehsal və xidmət sektorlarında fəaliyyət göstərən sahibkarları bir araya gətirməklə iqtisadi inkişafa daha güclü təkan verə bilərik. Şirkətimizin inkişafı ölkədəki sahibkarlıq subyektlərinin inkişafından bilavasitə asılıdır. Bunun fərqindəyik və fəaliyyətimizi məhz bu məqsəd üzərində qururuq.

This will close in 0 seconds

This will close in 0 seconds