Marsol Group partnyorları ilə B2B görüş – 27.11.2025

Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.

Noyabrın 27-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.

Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sektor müdiri Rövşən Camalov agentliyin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib, eyni zamanda iştirakçıların iş fəaliyyətləri ilə yaxından tanış olub.

Həmçinin Kapital Bank’ın Korporativ satış departamentinin rəhbəri Fərhad Məmmədquliyev də görüşdə iştirak edərək öz fəaliyyət sahələri, xidmətləri haqqında ətraflı məlumat verib.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ilə bağlı təqdimat olub.

This will close in 0 seconds