Ofis ziyarəti “Mezuro Baku” – 25.11.2025

25 noyabr tarixində Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Mezuro Baku”da qonaq olublar. 

“Mezuro Baku” nun təsisçisi Vasif Qəhrəmanov mağaza haqqında ətraflı məlumat verib.

Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.

Sonda, iştirakçılar “Mezuro Baku” kişi geyimləri mağazasındakı məhsullarla tanış olublar.

Nəzərinizə çatdıraq ki, Mezuro Baku kişi geyimlərinin pərakəndə satışı ilə məşğul olur. 2017-ci ildən kiçik bir mağaza ilə fəaliyyətə başlayan mağaza hal-hazırda 3 filial ilə müştərilərə xidmət göstərir.

This will close in 0 seconds