Noyabrın 20-də “İşgüzar Səhər Yeməyi” çərçivəsində Quba-Xaçmaz regionunda Marsol Region partnyorları və qonaq sahibkarlar “Saffra” restoranında bir aya gəliblər.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Cəfər Cəfərov qurumun fəaliyyət istiqamətləri və yeni layihələri haqqında ətraflı məlumat verib.
Kapital Bank Quba rayon filialının rəhbəri Samir Əlifxanov görüşdə iştirak edərək öz sahələrində sahibkarlara dövlətin dəstək mexanizmləri, yeni xidmət və məhsullar haqqında məlumat verib.
Belə görüşlər sahibkarlar arasında qarşılıqlı əlaqələrin və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.


