Onlayn görüşlərimiz davam edir.
Noyabrın 19-da Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş baş tutub.
B2B mühitdə tanışlıqla davam edən görüşdə iştirakçılar bir-biriləri ilə tanış olub, öz fəaliyyət sahələri, təcrübələri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər.
“De Promo” şirkətinin rəhbəri Araz Mahmudov şirkətin fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib.
Həmçinin, sahibkarlar Marsol Group-un gələcək fəaliyyətləri, regionlarımızda fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşlər və yeni layihələr barədə fikirlərini səsləndiriblər.
Belə görüşlər region və paytaxt sahibkarları arasında qarşılıqlı əlaqələrin və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.


