Noyabrın 18-də “Qaysı Lounge” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb, Marsol Group-un fəaliyyətləri ilə bağlı məlumat verilib.
Həmçinin İqtisadçı, Maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov sahibkarlara “Maliyyə savadlılığı” təliminin məzmunu, əhəmiyyəti və əsas istiqamətləri haqqında məlumat verib, bir neçə vacib məqama toxunaraq təqdimatın sonunda sahibkarların suallarını cavablandırıb.
Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.


