Noyabrın 18-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Selection Gallery” şirkətində qonaq olub.
Görüşdə, şirkətin rəhbəri Samir Göyüşov “Selection Gallery” şirkətinin tarixi və məhsulları haqqında ətraflı məlumat verib.
Həmçinin hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Sonda partnyorlarla birlikdə şourum ziyarət edilib.Nəzərinizə çatdıraq ki, Selection Gallery, evlərinizin interyer və eksteryeri üçün İtaliya və İspaniya brendlərini bir araya toplayaraq lüks mebel həlləri təklif edir. İstər modern, neoklassika, istərsə də, klassika sevənlər üçün zövqü oxşayacaq, bənzərsiz, füsunkar ahəng yaradacaq gözəllikləri Selection Gallerydə görə bilərsiniz.


