Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.
Noyabrın 19-da partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ilə bağlı təqdimat olub.
Görüş çərçivəsində iştirakçılara “Marsol Plus” mobil tətbiqinin imkanları, üstünlükləri barədə ətraflı məlumat verilib, eyni zamanda sahibkarların təklif və rəyləri dinlənilib.


