Abşeron Ticarət Mərkəzi 275 hektarlıq ərazisi ilə Qafqazda inşa olunmuş ən böyük ticarət mərkəzidir. Ərazisi təxminən 385 futbol meydançasına bərabərdir. Nəhəng ticarət mərkəzində 700-dən çox mağaza, yüz minlərlə çeşiddə məhsul var. Burada həm alıcılar, həm də satıcılar üçün ideal şərait qurulmuşdur. Obyektlərin qarşısındakı limitsiz və pulsuz parkinq yerləri ticarət mərkəzinin əsas üstünlüklərindəndir. Çətin hava şəraitinə qarşı tədbirlər görülmüş, ərazidə avtomobillər üçün dayanacaq çadırları təşkil olunmuşdur.
Abşeron Ticarət Mərkəzi suvarma sistemləri, uşaq əşyaları, oyuncaqlar, tekstil, xalçalar, təmizlik vasitələri, restoran avadanlıqları, mağaza dekorasiyası, xırdavat, işıqlandırma, dekorativ hədiyyəlik əşyalar, birinci əldən topdan qiymətinə təmir-tikinti materialları, hamam əşyaları, məişət texnikası, minik vasitələri, pərdələr, mətbəx əşyaları, ofis və dəftərxana malları, otel məhsulları, iqlim texnikası, təsərrüfat malları, parfümeriya və daha çox məhsul kateqoriyasını özündə birləşdirir! Məhsullar yüksək keyfiyyətli, zəmanətli və orijinaldır. Qiymətlər münasib, çeşidlər bol, mağazalar genişdir. Həm nağd, həm də kartla ödəniş imkanı var. Üstəlik, Abşeron Ticarət Mərkəzində hər ay bir-birindən fərqli və sərfəli endirim kampaniyaları da həyata keçirilir.
Ünvan: Lökbatan qəs., Xocəsən yolu, 57 (Lökbatan dairəsinin yanı)
Email: [email protected]
Telefon: *6767
Facebook: Abşeron Ticarət Mərkəzi


