İşgüzar Səhər Yeməyi “Zəncəfil” – 06.11.2025

İşgüzar görüşlərimiz davam edir.

Noyabrın 6-da “Zəncəfil” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 40-a yaxın Marsol Group partnyoru bir araya gəlib.

İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb, Marsol Group-un fəaliyyətləri ilə bağlı məlumat verilib.Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva da görüşdə iştirak edərək fəaliyyətləri ilə bağlı ətraflı məlumat verib, sahibkarlarla həmsöhbət olub.

Həmçinin İqtisadçı, Maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov sahibkarlara “Maliyyə savadlılığı”, “Maliyyə hesabatlarının təhlili”, “Risklərin idarə edilməsi” və “Biznes analitika” adlı təlimlərinin məzmunu, əhəmiyyəti və əsas istiqamətləri haqqında məlumat verib, maliyyə savadlılığı ilə bağlı bir neçə vacib məqama toxunaraq təqdimatının sonunda sahibkarların suallarını cavablandırıb.

Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.

Görüşün sonunda sahibkarlarla birgə “Aqat silver” mağazası ziyarət olunub. Aslan Abbaszadə sahibkarlara hədiyyələr təqdim edib.

This will close in 0 seconds