Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.
Noyabrın 5-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev, Kapital Bank’ın Korporativ satış departamentinin rəhbəri Fərhad Məmmədquliyev, Kiçik və orta sahibkarlarla iş departamentinin Alternativ satış kanalları şöbəsinin müdiri Orxan Mürsəlov görüşdə iştirak edərək şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında təqdimat ediblər, eyni zamanda sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.


