“ 4-cü MARSOL ZƏFƏR KUBOKU – Nə? Harada? Nə zaman?

“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib.

1 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Unilegal Consulting” şirkətinin baş sponsorluğu və “Halal-P” şirkətinin sponsorluğu ilə 8 Noyabr – “Zəfər Günü”nə həsr olunan “Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası “4-cü Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Azərbaycan Biznesinin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov, Kapital Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin rəhbəri Nəsimi Xasıyev və “Unilegal Consulting” şirkətinin təsisçisi və direktoru Tofiq Hacıyev iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, sahibkarlığın intellektual inkişafında bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Çıxışçılar həmçinin Zəfər Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edərək, şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayıblar.

Marsol Group partnyoru olan 27 şirkət və dövlət qurumlarının təmsil olunduğu yarışmada ümumilikdə 200-ə yaxın şirkət nümayəndəsi iştirak edib. Olduqca maraqlı və dinamik suallarla keçən yarışmada komandalar bilik və məntiq mübarizəsində güclərini sınayıblar.

Yarışmanın yekununda qalib komandalar müəyyən olunub. “Birbank Biznes” komandası “4-cü Marsol Zəfər Kuboku”nun qalibi olub. “Roof Academic Training” şirkəti 2 – ci, “Pasha Life” isə 3 – cü yerin qalibi olublar.

Qaliblər diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Dövlət Vergi Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Birbank Biznes “4-cü Marsol Zəfər Kuboku” intellektual yarışmasının tərəfdaşı olub. Həmçinin tədbirin promo tərəfdaşı “Moon Group”, könüllü dəstəyi isə “İCMA Könüllüləri” və Marsol Academy tərəfindən təşkil olunub.

This will close in 0 seconds