Ofis ziyarəti “İnşaat MS” MMC – 30.10.2025

30 oktyabr tarixində Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “İnşaat MS” MMC şirkətində qonaq olublar.

Şirkətin təsisçisi Şamil Həsənov şirkətin fəaliyyət istiqamətləri, xidmətləri haqqında ətraflı məlumat verib.

Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.

Sonda partnyorlarla birlikdə şourum ziyarət edilib.

Nəzərinizə çatdıraq ki, “İnşaat MS” MMC şirkəti 2017 ci ildə təsis edilib. Şirkətin ixtisası fərdi mühafizə geyimləri, əl alətləri, elektrikli əl alətləri, pnevmatik alətlər, anbar və yük avadanlıqları, kimyəvi təmizlik məhsulları, sənaye boyaları və sərf materialların satışı ilə məşğuldur.

This will close in 0 seconds