Almaniyanın Ştutqart şəhəri- Beynəlxalq Metal Emalı Sərgisi – 23.10.2025

Avropa səfərimizin yeddinci günü Almaniyanın sənaye və texnologiya mərkəzlərindən biri olan Ştutqart şəhərində baş tutan Blechexpo 2025 – Beynəlxalq Metal Emalı Sərgisini Marsol Group partnyorları ilə birgə ziyarət etdik.

Sərgi çərçivəsində metal emalı, formalaşdırma və qaynaq texnologiyaları sahəsində təqdim olunan ən son innovasiyalar və istehsal həlləri ilə tanış olduq. Müasir sənaye tendensiyalarını yaxından izləmək, beynəlxalq istehsal şirkətləri ilə təcrübə mübadiləsi aparmaq bu səfərin dəyərli hissələrindən biri oldu.

Sərgi ziyarətindən sonra Ştutqart şəhərində ekskursiya təşkil olundu. Şəhərin müasir memarlığı, tarixi mərkəzi və alman mədəniyyətinin özünəməxsus atmosferi səfər iştirakçılarında xoş təəssürat yaratdı.

This will close in 0 seconds