Marsol Group partnyorları ilə B2B görüş – 21.10.2025

Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.

Oktyabrın 21-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.

Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Həmçinin “İNCİ GROUP OF COMPANİES” QSC-nin təsisçisi Mikayıl Yusifov və Satınalma rəhbəri Babək Şükürov şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında ətraflı təqdimat edib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.

This will close in 0 seconds