Oktyabrın 15-də “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayevlə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Nərgiz Wieck arasında görüş baş tutub.
Görüş zamanı hər iki qurum arasında əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Nərgiz Wieck Alman-Azərbaycan Xarici Ticarət Palatasında Almaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi və birgə layihələrin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.