İşgüzar Səhər Yeməyi “Özsüt” – 14.10.2025

Oktyabrın 14-də “Özsüt” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.

Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Həmçinin “Kapital Bank”ın İnzibati idarəetmə departamentinin satınalmalar şöbəsinin müdiri Rza Rzayev də iştirakçılar arasında satınalma prosesləri, tədarük zəncirinin idarəetməsi və potensial əməkdaşlıq imkanları haqqında məlumat verib.

Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.