Marsol Group partnyorları ilə B2B görüş – 09.10.2025

Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.

Oktyabrın 9-da partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.

Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Görüşdə İqtisadiyyat Nazirliyinin Layihələrin Əlaqələndirilməsi Sektorunun müdiri Cavid Qurbanlı da iştirak edərək sahibkarlarla həmsöhbət olub. O, Azərbaycanda sənaye məhəllələrinin sənaye ekosisteminin formalaşmasında oynadığı rolu qeyd edib, xüsusilə də “Vidal Özəl Sənaye Məhəlləsi”nin bu ekosistemin inkişafına töhfəsini vurğulayıb.

Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.

This will close in 0 seconds