Azərbaycan Halal Biznes (AZHAB) Forumu – 07.10.2025

7-8 oktyabr tarixlərində “Baku Marriott Hotel Boulevard”da İqtisadiyyat Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində konfrans və sərgi baş tutub.

Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri həmçinin Marsol Group partnyorları bir araya gəlib.

Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə edilib.

Forumun ilk iclası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən “İƏT-in KOB-lar Şəbəkəsinin” (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunub.

Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib.

This will close in 0 seconds