Marsol Group partnyorları ilə işgüzar görüş keçirilib.
Sentyabrın 18-i partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
“Abşeron Logistika” və “Abşeron Sənaye Parkı” şirkətlər qrupunun Biznes Departamentinin rəhbəri Elçin Adiyev fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib. Həmçinin sahibkarları maraqlandıran sualları cavablandırıb.
Sonda, Marsol Group-un rəsmi yaxa nişanı üzv şirkətlərə təqdim edilib, xatirə fotosu çəkilib.