Sentyabrın 18-i 40-a yaxın Marsol Group partnyoru “Tarık Usta” restoranında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev də iştirak edərək KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verib, sahibkarlarla həmsöhbət olub.
Görüşün sonunda, iştirakçılarla birgə Marsol Group partnyoru “DOĞTAŞ” şirkətinin şourumu ziyarət edilib. Şirkətin rəhbəri Yusuf Kartal “DOĞTAŞ”ın məhsulları haqqında məlumat verərək, sahibkarları məhsullarla əyani şəkildə tanış edib. Bununla yanaşı, sahibkarlar mebel sektoru ilə əməkdaşlıq təcrübələrini bölüşərək müzakirələr aparıblar.
Həmçinin 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.