Ofis Ziyarəti “San Tortino”– 16.09.2022

16 sentyabr tarixində Marsol Group partnyorları ofis-istehsalat ziyarəti çərçivəsində “San Tortino” şirkətində qonaq olublar.

Ziyarət zamanı partnyorlarımız çay süfrəsi ətrafında bir araya gələrək tanış olub, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində şirkətin təsisçisi Ülvi Hacıyev “San Tortino”nun fəaliyyət sahələri, təqdim etdiyi xidmətlər və istehsal etdiyi məhsullar barədə ətraflı məlumat verib.
Görüşün yekununda isə qonaqlar şirkətin istehsalat sahəsini ziyarət edərək, istehsal prosesi ilə yaxından tanış olublar.

2021-ci ildən fəaliyyət göstərən “San Tortino” qısa müddətdə 18 filialı ilə müştərilərin sevimli şirniyyat evi markasına çevrilmişdir. Şirkət Avropa və ənənəvi reseptlərdən ilhamlanaraq hazırladığı fərqli, rəngarəng və ləzzətli şirniyyatlar, tortlar, çörək və bişmə məhsullarını müştərilərinə təqdim etməkdədir.

This will close in 0 seconds