Ofis Ziyarəti “Express Services and Logistics” – 11.09.2025

11 sentyabrda partnyorlarımızla birgə tam həcmli logistika xidmətləri göstərən “Express Services and Logistics” şirkətinin ofisini ziyarət etdik.

Partnyorlarımız çay süfrəsi ətrafında tanış olaraq, yeni iş fürsətlərini qiymətləndirmək və öz biznes təcrübələrini bölüşmək imkanı əldə ediblər. Həmçinin, şirkətin direktoru Rüqiyyə Əsədova “Express Services and Logistics” in xidmətləri haqqında məlumat verib.

Express Services and Logistics – müstəqil nəqliyyat ekspedisiya şirkəti olaraq, tam həcmdə nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətlərini təklif edir.

Qeyd edək ki, 2010-cu ildə Çinin Quancou şəhərində təsis olunan ofisi ilə “Express Services and Logistics” cənub-şərqi Asiya ölkələrindən (Çin, Cənubi Koreya, Tayvan, Hindistan, Dubay) mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq fəaliyyətə başlamışdır.

This will close in 0 seconds