Sentyabrın 11-də “Özsüt” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların və dövlət qurumu nümayəndələrinin də iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
Marsol Group-un təsisçisi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev də görüşdə iştirak edərək gələcək fəaliyyətlər və yeni layihələr haqqında iştirakçıları məlumatlandırıb.
Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edərək, yeni əməkdaşlıq fürsətlərini müzakirə ediblər.
Həmçinin dövlət qurumlarından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev, Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadə görüşdə iştirak edərək adıçəkilən qurumların fəaliyyətləri haqqında məlumat veriblər, B2G əlaqələrin qurulmasına zəmin yaranıb.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və yaxa nişanı təqdim edilib.
Onu da qeyd edək ki, görüşdə “Crea” şirkətinin təsisçisi Ahmet Keserin doğum günü də qeyd olunub.