Sentyabrın 5-də “Gizli Bahçe” restoranında təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın sahibkar bir araya gəlib.
Görüş zamanı sahibkarların fəaliyyətləri ilə tanışlıq olub, onların müxtəlif mövzular ətrafında müzakirəsi işgüzar əlaqələrin inkişafına əlverişli mühit yaradıb.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və rəsmi yaxa nişanı təqdim edilib.