Sentyabrın 4-ü “Ofis Ziyarəti” çərçivəsində partnyorlarımızla “Elektro Mall”ın şourumunu ziyarət etdik. Görüş zamanı çay süfrəsi ətrafında tanış olan partnyorlarımız bir-birilərilə B2B müzakirələr apardılar.
Görüş, şirkətin təsisçisi Emin Mahmudovun “Elektro Mall”ın fəaliyyətləri və məhsulları haqqında təqdimatı ilə davam etdi. Həmçinin, sahibkarlar şirkətin məhsulları ilə yaxından tanış olmaq üçün şouruma dəvət edildilər. Emin bəy spot, lampa, və digər məhsulların quraşdırılması və istifadə qaydası ilə partnyorları tanış etdi.
Nəzərinizə çatdıraq ki, “Elektro Mall” şirkəti yanğından mühafizə məhsulları, hərəkətli pilləkən işıqları və müxtəlif dizaynlı spot lampa və işıqların satışını həyata keçirir.
Görüşün sonunda, Marsol Group-un rəsmi yaxa nişanı üzv şirkətlərə təqdim edilib, xatirə fotosu çəkilib.