Marsol Group partnyorları bu dəfə “Concrete Bureau” şirkətini ziyarət edib.Sentyabrın 4-ü baş tutan görüşdə sahibkarlarımız çay süfrəsi ətrafında tanış olub, yeni iş fürsətlərini qiymətləndirmək və öz biznes təcrübələrini bölüşmək imkanı əldə ediblər.
Həmçinin, “Concrete Bureau” şirkətinin təsisçisi və direktoru Bəxtiyar Əhmədov şirkətin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verib. Təqdimat zamanı şirkətin həyata keçirdiyi dövlət əhəmiyyətli, korporativ və fərdi yüksək perspektivli layihələr diqqətə çatdırılıb.
Nəzərinizə çatdıraq ki, “Concrete Bureau” hazırda mühəndislik, memarlıq, inşaat , təmir – tikinti, interyer – dizayn və eksteryer – landşaft işlərini yüksək peşəkarlıqla reallaşdırır. Şirkət paytaxtla yanaşı Azərbaycanın müxtəlif bölgələrində də, beynəlxaq sferada reallığını tapmış yüzlərlə irili-xırdalı layihənin müəllifidir.
Görüşün sonunda, Marsol Group-un rəsmi yaxa nişanı üzv şirkətlərə təqdim edilib, xatirə fotosu çəkilib.