Ofis Ziyarəti “Formag Baku” – 27.08.2025

Marsol Group partnyorları bu dəfə “Formag Baku” şirkətini ziyarət edib.
Avqustun 27-si baş tutan görüşdə sahibkarlarımız çay süftəsi ətrafında tanış olub, yeni iş fürsətlərini qiymətləndirmək və öz biznes təcrübələrini bölüşmək imkanı əldə ediblər.

Həmçinin, “Formag Baku”nun rəhbəri Nəcəf Məlikov şirkət haqqında ətraflı məlumat verib, şirkətin fəaliyyətləri çərçivəsində idxal və ixrac prosesləri haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, 2004-cü ildən Azərbaycanda beynəlxalq logistika xidmətləri göstərən “Formag Baku” hal-hazırda Amerika, Avropa, Asiya, Afrika, Avstraliya və Okeaniya ölkələrindən hər növ nəqliyyat daşımaları və logistik xidmətlər həyata keçirir.

İştirak edən şirkətlər:

All Oil
Karvan L
Tarık Usta
Nativis
FFF HN
BRT Class
Azled
M Motors

This will close in 0 seconds