Avqustun 21-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev arasında işgüzar görüş keçirilib.
Görüş zamanı Elnur Nəsibov, Fondun əsas fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. O, Fondun təhsilin keyfiyyətini artırmaq, tələbələr üçün yeni imkanlar yaratmaq və onların peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirdiyi təşəbbüslərindən bəhs edib.
Eyni zamanda, tələbələrin təcrübə proqramlarında iştirakının təmin edilməsi üzrə əməkdaşlıq istiqamətləri və gələcəkdə birgə həyata keçiriləcək layihələrin inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Tərəflər, təhsil və biznes sektorlarının bir araya gəlməsi ilə daha təsirli nəticələrin əldə ediləcəyinə dair fikir mübadiləsi aparıblar.
Eyni zamanda, gələcəkdə birgə həyata keçiriləcək layihələrin inkişaf etdirilməsi, tələbələrin təcrübə proqramlarında iştirakının təmin edilməsi üzərində əməkdaşlıq yolları nəzərdən keçirilib.
